Piyadanı vurub ÖLDÜRDÜ
14 Dekabr 2025, 11:38
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1085
22.04.2025, 15:31
Naxçıvanda xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun komandiri və tibb xidmət rəisi 4 ilə kimi azadlıqdan məhrum ediliblər. Onlar əsgərin ölümü ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.
Hadisədən dərhal sonra Baş Prokurorluq Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adamöldürmə) maddəsi ilə cinayət işinin başlanıldığı ilə bağlı məlumat yaymışdı. Hadisənin necə və hansı şəraitdə törədildiyi isə məlum deyildi.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, tibbi ekspertlərin rəyində Ceyhunun özünü xidməti silahı ilə öldürdüyü yazılıb.
Bununla bağlı yekun rəy də məhkəməyə təqdim edilib. Tibbi sənəddə qeyd olunur ki, əsgər səhər saat 05:30 radələrində baş nahiyəsinə avtomat silahla atəş açıb, aldığı xəsarətlərdən həyatını itirib.
Mərhum əsgərin mühakimə edilən komandiri, polkovnik Samir Həziyev və tibb xidməti rəisi Aydın Quliyev məhkəmədə özlərini təqsirli bilməyiblər. Komandir əsgərin özünü öldürməsinə də şübhə ilə yanaşıb, onun düşmən tərəfindən vurula biləcəyini deyib.
Həmçinin oxuyun
Onlara verilmiş ittihamda yazılır ki, hadisə baş verməzdən əvvəlki günlərdə əsgərin psixoloji vəziyyəti normal olmayıb. Əvvəlki həkim rəyləri də bunu təsdiq edib. Lakin komandir yenə də onu düşmən mövqeyinə posta göndərib, tibb xidməti rəisi də Ceyhunun psixi vəziyyəti ilə bağlı hər hansı məruzə etməyib. Bu hərəkətləri ilə onlar vəzifə səlahiyyətlərini aşıblar.
Məhkəmənin hökmü ilə ittiham əsaslı hesab edilib. Samir Həziyev dörd, Aydın Quliyev isə üç il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 1999-cu il təvəllüdlü Ceyhun Hüseynov ölkənin ən savadlı gənclərindən biri olub. Belə ki, o, 2016-cı ildə Akademik Zərifə Əliyeva adına liseyi qızıl medalla bitirib. Həmin il 627 balla ADA Universitetinin Beynəlxalq münasibətlər ixtisasına daxil olan Ceyhun, daha sonra Yaponiyada mübadilə proqramı çərçivəsində təhsil alaraq yüksək göstərici ilə məzun olub. Magistr dərəcəsini Təl-Əvivdə alan Ceyhun vətənə qayıtdıqdan sonra hərbi xidmətə yollanıb.
14:08 / 14 Dekabr 2025
21
13:58 / 14 Dekabr 2025
18
13:27 / 14 Dekabr 2025
35
13:18 / 14 Dekabr 2025
36
13:09 / 14 Dekabr 2025
38
12:54 / 14 Dekabr 2025
254
12:18 / 14 Dekabr 2025
446
12:06 / 14 Dekabr 2025
971
11:38 / 14 Dekabr 2025
51
11:30 / 14 Dekabr 2025
578
11:22 / 14 Dekabr 2025
34
10:43 / 14 Dekabr 2025
882
10:33 / 14 Dekabr 2025
84
10:20 / 14 Dekabr 2025
76
09:40 / 14 Dekabr 2025
77
09:15 / 14 Dekabr 2025
224
08:58 / 14 Dekabr 2025
152
08:46 / 14 Dekabr 2025
207
08:43 / 14 Dekabr 2025
76
01:21 / 14 Dekabr 2025
1499
00:52 / 14 Dekabr 2025
1127
00:43 / 14 Dekabr 2025
188
00:04 / 14 Dekabr 2025
1776
23:47 / 13 Dekabr 2025
1935
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.